Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Qasımalılar kəndində qeydə alınıb. Belə ki, kənd sakini 1983-cü il təvəllüdlü Namaz Cəfərov bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə,  rayonunun Qasımalılar kənd sakinləri, 1991-ci il təvəllüdlü Aynurə  Cəfərova  münaqişə zəminində, həyat yoldaşı, 1983-cü il təvəllüdlü Namaz Cəfərovu bıçaqla vurub. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov