"2023-cü ildə mən Qarabağda Arkadi Qukasyan və Bako Saakyanla daimi əlaqədə olmuşam, demək olar ki, hər gün danışmışam, son günlər isə gündə bir neçə dəfə danışırdım". 

"Unikal" xəbər verir ki, bunu Ermənistanın ikinci prezidenti Robert Köçəryan fevralın 17-də keçirdiyi mətbuat konfransında deyib. 

Onun sözlərinə görə, Arayik Arutyunyan son 3 ayda istefa məsələsini müzakirə etməyə başlayıb: "Arayik Arutyunyanın istefası zamanı onunla telefon danışıqlarım olub və Bako Saakyan və Arqadi Qukasyan bu barədə mənə müəyyən şeylər deyiblər. Onlar dedilər ki, Arayik Arutyunyan da bütün bunları Nikol Paşinyana danışıb. Nikol Paşinyanla çoxsaylı telefon danışıqları olub və Paşinyan Qarabağda nə baş verdiyini çox gözəl bilirdi.

Arutyunyan şəxsən Şahramanyanı prezidentin səlahiyyətlərini öz üzərinə götürməyə razı salıb. Məndən Samvel Şahramanyanı təbrik etməyimi və ona dəstək verməyi xahiş etdilər. Mən ona qədər Şahramanyanı tanımırdım. Bütün bunlar haqqında spekulyasiya etmək ədəbsizlikdir". 

Ağarza Elçinoğlu