ATƏT-dən Azərbaycana dəstək
21:42 30-07-2013
CƏMİYYƏT
ATƏT-dən Azərbaycana dəstək
Beynəlxalq güclər mövcud hakimiyyətə dəstək verir
Azərbaycanda keçiriləcək prezident seçkilərində beynəlxalq təşkilatlar İlham Əliyevə alternativin olmadığı qənaətindədirlər və hazırda atılan bütün addımlar bunu təsdiqləyir. Belə ki, Avropa İttifaqı, AŞPA kimi beynəlxalq güclər hətta Azərbaycanda keçiriləcək seçkilərə müşahidəçi də göndərməyəcəklər. Adətən bu tip təşkilatlar o zaman seçkilərə namizəd göndərmirlər ki, həmin ölkədə seçkilərin demokratik keçməsinə əmin olur və bunu bu şəkildə cəmiyyətə nümayiş etdirirlər.
Bundan başqa ATƏT-in Bakı ofisinin fəaliyyətinin məhdudlaşdırılması da məhz bu prinsipdən irəli gəlir. İndi isə Azərbaycan hakimiyyətinə yönəli növbəti açıqlama gündəmə gəlib. "Beynəlxalq təşkilatların seçkiləri qiymətləndirməsi vacibdir, ancaq ən əsas məsələ Azərbaycan xalqının seçkilərdən razı qalmasıdır".Bu fikirləri ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqay deyib.K. Tarqay bildirib ki, prezident İlham Əliyevin 2006-cı və 2011-ci ildə imzaladığı sərəncamlar Azərbaycanda demokratik və azad seçkilərin keçirilməsi üçün lazımi zəmin yaradıb: "Azərbaycanın qoşulduğu beynəlxalq sənədlərdə azad və demokratik seçkilərin keçirilməsi də öz əksini tapıb. Bundan əvvəlki seçkilərdə də müsbət irəliləyişlər qeydə alınıb. Bu, asan proses deyil və idarəçiliyi tək qanunlarla həyata keçirmək mümkün deyil. İndiyə qədər görülən işləri müsbət qarşılamalıyıq. Çünki ciddi irəliləyişlər var. Amma bunlar yetərli deyil. Seçkilər təcrübədir və bu baxımdan Azərbaycanda daha yaxşı seçkilərin keçirilməsi üçün təcrübə toplanıb".Səfir bildirib ki, ATƏT olaraq vəzifələri seçki hazırlıqlarına yardımçı olmaq və əməkdaşlıq etməkdir: "Bu addımları birlikdə atacağıq. MSK və Prezident Administrasiyası ilə birgə həyata keçirəcəyimiz proqramlar var. Cəmiyyətin bütün təbəqələrini seçkilərə cəlb etməyə çalışmalıyıq. Azərbaycanın müxtəlif bölgələrində bununla bağlı tədbirlər keçirəcəyik. DSK və məntəqə seçki komissiyalarının birbaşa vəzifəsi seçicilərin ayrı-ayrılıqda razı salınmasıdır. Başqa ölkələrdəki ən yaxşı seçki təcrübələrindən istifadə etmək lazımdır".
Ekspertlər hesab edir ki, ATƏT rəsmisinin bu açıqlaması həm də buna sübutdur ki, ATƏT-də hazırda Avropa İttifaqının tutduğu yolu seçib. Yəni seçkilərə passiv yanaşma olacaq və nəticələrlə bağlı veriləcək hesabat mövcud hakimiyyətin maraqlarına cavab verəcək. Maraqlıdır,nədən Avropa gözlənilmədən hakimiyyətə dəstək verdi? Ekspertlər hesab edir ki, bunun başlıca səbəbi odur ki, müxalifət gücə çevrilə bilmədi və Rusiyanın həyata keçirtdiyi projeyə dəstək oldular. Elə müxalifətin vahid namizədi olan Rüstəm İbrahimbəyovun Rusiyaya dəstək verən açıqlamaları, Avrasiya İttifaqına Azərbaycanın qoşula bilməsi ehtimalını səsləndirməsi artıq beynəlxalq güclər üçün bir sınaq idi və buna görə də tərəddüd etmədən hakimiyyətlə iş birliyinə üstünlük verdilər. Bunu da xatırladaq ki, hazırda Azərbaycan hakimiyyəti Avropa qarşısında götürdüyü öhdəlikləri yerinə yetirir və Avropanın enerji təhlükəsizliyi məsələsində Azərbaycan ciddi rol oynayır. Amma bu gün müxalifətin tutduğu xətt Avropanın maraqlarını təhlükə altına alır və enerji təhlükəsizliyi məsələsi müxalifətin hakimiyyətə gəlməsi ilə alt-üst ola bilər.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-12-25 21:00:21
2024-12-25 20:15:03
2024-12-25 19:58:16
2024-12-25 19:55:22
2024-12-25 19:43:09
2024-12-25 19:27:03
2024-12-25 19:25:29
2024-12-25 19:03:45
2024-12-25 18:41:55
2024-12-25 18:18:24
2024-12-25 18:14:23
2024-12-25 18:01:25
2024-12-25 17:56:24
2024-12-25 17:55:51
2024-12-25 17:51:02
2024-12-25 17:20:00
2024-12-25 16:57:06
2024-12-25 16:49:00
2024-12-25 16:45:22