İsrail Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikası Prezidentinin Köməkçisi və Prezident Administrasiyasının Xarici Siyasət Əlaqələri Şöbəsinin rəhbəri Hikmət Hacıyevi qəbul edib.
"Unikal" xəbər verir ki, bu barədə Azərbaycanın İsraildəki səfirliyi məlumat yayıb.
Görüşdə Azərbaycan və İsrail arasında ikitərəfli əməkdaşlıq məsələləri, o cümlədən regional hadisələr müzakirə edilib.