Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev Fəxralı kəndində Vətən müharibəsi şəhidi Yusibov Kərim Həsrət oğlunun ailəsinə məxsus fərdi yaşayış evində və Fəxralı kəndindən olan şəhid ailələri ilə görüş keçirib.
"Unikal" xəbər verir ki, şəhid ailələri ilə səmimi söhbət edən icra başçısı onların sosial qayğıları ilə maraqlanıb, müraciət və təkliflərini dinləyib.