Misli Premyer Liqasının 2025/2026 mövsümünün formatı açıqlanıb.
"Unikal" xəbər verir ki, bu barədə AFFA İcraiyyə Komitəsinin iclasında qərar çıxarılıb.
Qərara əsasən, növbəti mövsüm 12 komandanın iştirakı ilə 3 dövrədən (33 turdan) ibarət olacaq.
III dövrənin oyunlarında meydan sahibi olacaq komandalar püşk əsasında müəyyənləşdiriləcək.
Cari mövsüm Əsasnaməyə uyğun olaraq, sonuncu yeri tutan komanda Premyer Liqanı tərk edəcək, əvəzində I Liqadan 3 komanda birbaşa yüksək dəstəyə vəsiqə qazanacaq.