Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının yaradılmasının 30 illik yubileyi qeyd edilib.

"Unikal" xəbər verir ki, əvvəlcə partiya fəalları Azərbaycan xalqının Ümummilli Lideri, Yeni Azərbaycan Partiyasının banisi Heydər Əliyevin rayon mərkəzində ucaldılan abidəsini ziyarət edib, xatirəsini ehtiramla anıb, abidə önünə gül ədəstələri düzüblər. Həmçinin Heydər Əliyev Mərkəzində ulu öndərin həyat və fəaliyyətini özündə əks etdirən muzeyə baxış keçirilib. 

Heydər Əliyev Mərkəzinin konfrans zalında keçirilən yubiley tədbirində dövlət himni səsləndirilib, Ulu Öndər Heydər Əliyev, eyni zamanda, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Yeni Azərbaycan Partiyası və rayon təşkilatının fəaliyyəti haqqında hazırlanmış videorolik nümaiş etdirilib.

Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının sədri Əlişah Rəcəbov geniş məruzə ilə çıxış edərək Yeni Azərbaycan Partiyasının yaranması və keçdiyi şərəfli tarixi yoldan danışıb. Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının fəaliyyəti haqqında, təşkilatın 30 il ərzində rayonun ictimai-siyasi həyatında tutduğu mövqedən bəhs edib. 

Yubiley tədbirində Ağdaş rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə təbrik niqti ilə çıxış edib, Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatına gələcək fəaliyyətində uğurlar arzu edib.

Digər çıxış edən şəxslər də Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatın fəaliyyətini yüksək qiymətləndirib,  xoş arzu və təbriklərini çatdırıblar. 

Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatında yüksək xidmətləri ilə fəqrlənən bir qrup partiya fəalına Fəxri fərman və hədiyyələr, həmçinin partiya sıralarına yeni qəbul olunmuş üzvlərə üzvlük vəsiqələri təqdim edilib.

Tədbir Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə yekunlaşıb.