Magistraturaya qəbul imtahanlarında ölkə birincisi məlum olub.

"Unikal" xəbər verir ki, bu barədə məlumat sosial şəbəkədə paylaşılıb.

Bildirilib ki, ölkə birincisi Bakı Ali Neft Məktəbinin (BANM) İnformasiya təhlükəsizliyi ixtisasının V kurs tələbəsi Fidan Babayevadır.

O, essesiz 95 bal üzərindən 93 bal toplayaraq möhtəşəm nəticə göstərib.

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin magistraturalarına 16 fevral 2025-ci il tarixində keçirilmiş qəbul imtahanlarının nəticələri elan olunub.