"Bakı Metropoliteni" QSC sədrinə yeni müşavir təyin edilib.
"Unikal" xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" məlumat yayıb.
Bildirilib ki, sözügedən vəzifə İnarə Vəliyevaya həvalə edilib.
Qeyd edək ki, o, bu təyinatadək İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri vəzifələrində çalışıb.