Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) “Caspian Energy Club”un təşkilatçılığı ilə keçirilən “Brand Award Azerbaijan” milli müsabiqəsinin qalibi olub.
"Unikal" xəbər verir ki, Azərbaycanda müxtəlif sahələr üzrə fəaliyyət göstərən yerli dövlət və özəl müəssisələr arasında keçirilən milli müsabiqədə il ərzində ən çox populyarlıq qazanmış brendlər təmsil olunub. Qalibləri müəyyən etmək məqsədilə yanvar ayında onlayn sorğu keçirilib və ən çox səs toplayan 50 brend qalib seçilib.
“Brand Award Azerbaijan” milli müsabiqəsinin təntənəli şəkildə keçirilən mükafatlandırma mərasimində UNEC-i inzibati və təşkilati məsələlər üzrə prorektor, dosent Şaiq Əsgərov təmsil edib. “Caspian Energy Club”un sədri və Baş işraçı direktoru Telman Əliyev UNEC-i qalib olması münasibətilə təbrik edərək, mükafatı UNEC-in prorektoruna təqdim edib, universitetin fəaliyyətinə uğurlar arzulayıb.