Elmi tədqiqat müəssisələrinin fəaliyyətinin qiymətləndirilməsi üçün Ali Attestasiya Komissiyası ilə birlikdə müəyyən addımlar atılıb.
"Unikal" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev AMEA-nın Ümumi yığıncağında çıxışı zamanı deyib.
"Elmi dərəcə ilə elmi fəaliyyət arasındakı əlaqəni ciddi şəkildə monitorinq etməyə başlamışıq. Elmi dərəcəsi olan şəxslərin statusu yox, sonrakı fəaliyyəti daha çox diqqətimizdədir. Otuz-otuz beş yaşında elmi adı alan alim bütün ömrü boyu bu addan istifadə etməməlidir. Bütün bunlar artıq razılaşdırma mərhələsində olan yeni dövlət proqramında öz əksini tapacaq".