Xəbər verdiyimiz kimi, ötən gün İsmayıllıda yol-nəqliyyat hadisəsi baş verib.

Qəzanı törədən İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbin direktoru Qalib Bəşirov "Unikal"a açıqlamasında bildirib ki, hadisə zamanı Bakı şəhəri istiqamətində hərəkətdə olub:

"Hava dumanlı idi. Göz-gözü görmürdü. Mənim də qarşımda maneələr var idi. Bir də gördüm ki, maşın beton arakəsməyə dəydi. 

Qəza zamanı maşında 3 nəfər müəllim olub. Hər birinin vəziyyəti yaxşıdır. Bu bir möcüzə idi ki, nə özümə, nə də digərlərinə ciddi bir şey olmadı”, - deyə Q.Bəşirov bildirib.

Zərifə Nağıyeva