Xəbər verdiyimiz kimi, Vətən müharibəsi şəhidi Elvin Əzizovun övladı ötən gün faciəvi şəkildə həlak olub. Hadisə Masallı rayonunun Qarğalıq kəndində baş verib. Belə ki, Şəhidin oğlu Ayxan Əzizov ehtiyatsızlıqdan odlu silahdan açılan atəş nəticəsində həyatını itirib.

"Unikal"ın əldə etdiyi məlumata görə, Ayxan Əzizovun ölümü ilə bağlı Masallı rayon prokurorluğunda araşdırma başlayıb.

Hazırda araşdırmalar davam etdirilir.

Murad İbrahimli