Faktiki hava açıqlanıb.
Bu barədə "Unikal"a Milli Hidrometeorlogiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, fevralın 21-i saat 13:00-a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir.
Bakıda və Abşeron yarımadasında, Naxçıvan, Şərur, Şahbuz, Ordubad, Sədərək, Naftalan, Qax, Zaqatala, Şəki, Oğuz, Qəbələ, Balakən, Tovuz, Ceyrançöl, Göygöl, Gəncə, Altıağac, İsmayıllı, Şamaxı, Qobustan, Quba, Qusar, Xaltan, Gədəbəy, Daşkəsən, Ağstafa, Şabran, Şəmkir, Ağdam, Biləsuvar, Sabirabad, Hacıqabul, Göyçay, Lənkəran, Yevlax, Kürdəmir, Neftçala, Astara, Beyləqan, Bərdə, Lerik, İmişli, Mingəçevir, Sabirabad, Yardımlı, Zərdab, Tərtər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Zəngilan, Füzulidə qar yağır.
Narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyinin sürəti Bakıda və Abşeron yarımadasında 27 m/s-dir. Dənizdə dalğanın hündürlüyü 5.5 metrdir.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 3, Aran rayonlarında 1, Naxçıvan MR-da 4, dağlıq rayonlarda 14 dərəcəyədək şaxta qeydə alınıb.
*** 13:14
Bakıda və Abşeron yarımadasında müşahidə olunan temperatur iqlim normasından 7.5 dərəcə aşağıdır.
Bu barədə "Unikal"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova məlumat verib.
O bildirib ki, hazırda Bakıda və Abşeron yarımadasında qar yağır, güclü şimal-qərb küləyi əsir, çovğun müşahidə olunur.
Bakıda və Abşeron yarımadasında 3 dərəcə şaxta qeydə alınır ki, bu da çoxillik iqlim normasından 7.5 dərəcə aşağıdır. Çoxillik meteoroloji məlumatlara görə, fevral ayının iqlim norması müsbət 4,5 dərəcə təşkil edir.
Azərbaycanın bəzi dağlıq rayonlarında qar örtüyünün hündürlüyü 1 metrə çatır.