Qara dənizdə tanker və quru yük gəmisi toqquşub.

"Unikal" rus mətbuatına istinadən xəbər verir ki, “Natiq Əliyev” tankeri və “Beqoniya” quru yük gəmisi Novorossiyk limanında fırtına zamanı toqquşub. 

Hadisə nəticəsində “Natiq Əliyev” gəmisinin lövbər zənciri qırılıb. Onların köməyinə yedək gəmisi göndərilib.

Ölən və yaralananlar olmayıb. Gəmilərə ciddi ziyan dəyməyib. 

Gülayə Mecid