Ağstafa RİH başçısı Seymur Orucov rayonun Düzqışlaq kəndindən olan 44 günlük Vətən Müharibəsi şəhidimiz Taleh Zülfəli oğlu Namazovun anası Afət Namazovanın öd yollarından əməliyyat olunduğu və hazırda müalicəsinin uğurla davam etdiyi Qazax rayon Mərkəzi Xəstəxanasında ziyarət edib, sağlamlıq durumu və qayğıları ilə maraqlanıb.

"Unikal" xəbər verir ki, şəhid anası xəstəxanadakı mövcud şərait və tibbi personalın peşəkarlığından mənmunluğunu ifadə edərək ölkəmizdə şəhid ailələrinin üzvlərinə göstərilən yüksək diqqət və qayğıya görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarılığını bildirib.