"Rusiyanın Marseldəki konsulluğunun ərazisində baş verən partlayışlarda terror aktının bütün əlamətləri var".

"Unikal" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. 

O qeyd edib ki, Moskva insidentin araşdırılması üçün kompleks tədbirlərin görülməsini tələb edir.

Bundan əlavə, Rusiya Federasiyası Parisdən Rusiyanın xaricdəki qurumlarında təhlükəsizlik tədbirlərini gücləndirməyi tələb edir.