Biləsuvar rayonundakı Cəbrayıl şəhərciyində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbir keçirilib.
DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan "Unikal"a verilən məlumata görə, Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşlarının tərəfindən şübhəli bilinən Fərrux Cahangirov və Gilənar Quliyeva saxlanılıblar. Onlardan 3 kiloqramdan artıq marixuana və tiryək aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, adıçəkilənlar barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.