Milyarder İlon Musk iddia edir ki, o, federal hökumətin xərclərini azaltmaq səylərinə görə dəfələrlə ölüm təhdidləri alıb.

"Unikal"ın məlumatına görə, ABŞ Nazirlər Kabinetinin iclasında çıxış edərkən o qeyd edib ki, xərcləri azaltmaq üçün addımlar atılmalıdır, əks halda “ölkə faktiki olaraq iflas edəcək”.

Mask onu konkret kimin təhdid etdiyini dəqiqləşdirməyib.

Xatırladaq ki, Hökumətin Effektivliyi Departamentinin rəhbəri kimi Mask absurd dövlət xərcləri maddələrini azaltmaqla və USAİD-i ləğv etmək üçün addımlar atmaqla gündəmə gəlib.