Sabiq deputat Hüseyin Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
"Unikal" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, o, 9 il müddətə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, dövlət ittihamçısı sabiq deputatın 10 il müddətə azadlıqdan məhrum edilməsini istəmişdi.