Bakıda evdən oğurluq edilib.
"Unikal" DİN-ə istinadən xəbər verir ki, fevralın 22-də Binəqədi rayonu ərazisində yerləşən evlərin birindən oğurluq edilməsi barədə polisə məlumat daxil olub.
Binəqədi RPİ 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 18 yaşlı T.Hüseynzadə saxlanılıb. Araşdırmalarla onun həmin evdən əvvəllər 12 min manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da məlum olub.
Sabunçu RPİ 42-ci Polis Bölməsi əməkdaşları tərəfindən aparılan araşdırmalarla isə oğurluq etdiyinə görə saxlanılmış M.Məmmədovun Nardaran qəsəbəsində 215 metr naqil oğurladığı da müəyyən edilib.
Araşdırmalar aparılır.