Mingəçevirdə evdə kişi meyiti aşkarlanıb.
"Unikal"ın məlumatına görə, hadisə Dəmir Beton Məmulatları Zavodunun həyətində yerləşən müvəqqəti mənzildə baş verib. Məlum olub ki, tapılan meyit 1961-ci il təvəllüdlü Ağdam rayon sakini Naibov Şükür Hüseyn oğluna aiddir.
Qeyd edək ki, ölən şəxs "Azenco" şirkətində sürücü işləyirmiş.
Faktla bağlı araşdırma aparılır.
Ehtiram Muradov