"Traktor" İran çempionatında ən yaxın izləyicisi "Sepahan"la qarşılaşıb.

"Unikal" xəbər verir ki, XXI tur çərçivəsində Təbrizdə keçirilən matç qolsuz bərabərliklə yekunlaşıb.

Bu nəticədən sonra xallarının sayını 45-ə çatdıran Təbriz təmsilçisi liderliyini davam etdirir. "Sepahan" 44 ikincidir.