Futbol üzrə Türkiyə Kubokunun qrup mərhələsində növbəti oyunlar keçirilib.

"Unikal" xəbər verir ki, B qrupunda yer alan “Fənərbağça” III turda səfərdə “Qaziantep”i 4:1 hesabı ilə məğlub edib. İstanbul nəhənginin heyətində qolları Anderson Taliska (2), Yussuf En-Nesiri və Filip Kostiç vurublar. Meydan sahiblərindən isə Anel Husiç fərqlənib.

Bu nəticə ilə xallarını 9-a çatdıran “Fənərbağça” qrup lideri kimi 1/4 finala yüksəlib. Səfərdə “Kasımpaşa”ya 5 cavabsız qolla qalib gələn “Göztəpə” (9 xal) isə bu qrupdan pley-offa adlayan ikinci komanda olub.

Türkiyə Kubokunda qrup mərhələsinə bu gün C qrupunda oynanılacaq 2 matçla yekun vurulacaq.