ABŞ prezidenti Donald Tramp Böyük Britaniyanın baş naziri Key Starmerlə görüşüb.
"Unikal" xarici mediaya istinadən xəbər verir ki, görüşdə Tramp Ukrayna prezidenti Volodimir Zelenskini hələ də diktator hesab edib-etməməsi ilə bağlı sualı cavablandırıb.
Tramp əvvəlki ifadəsini danaraq “Bunu mən dedimmi?” deyə soruşub.
Xatırladaq ki, fevralın 19-da Tramp Volodimir Zelenskini Ukraynada səsvermə təşkil edilərsə, ölkəsini itirə biləcək “seçkisiz diktator” adlandırıb.