"Meta" məxfi məlumatların sızması səbəbindən təxminən 20 əməkdaşını işdən çıxarıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə şirkətin sözçüsü Dave Arnold məlumat yayıb.
"Araşdırma nəticəsində təxminən 20 işçi məxfi məlumatları şirkətdən kənarda paylaşdıqlarına görə işdən çıxarılıb", - o, qeyd edib.
Sözçü hansı məlumatların paylaşıldığını açıqlamayıb.