İran PKK lideri Abdullah Öcalanın silahı yerə qoyma çağırışını alqışlayır. 

"Unikal" "Mehr" agentliyinə istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqayi bildirib.

"İran terrorun qarşısının alınmasına və qonşu Türkiyənin təhlükəsizliyinin gücləndirilməsinə səbəb olacaq istənilən prosesi alqışlayır və ümid edir ki, bu hadisələr regional səviyyədə də müsbət təsir göstərəcək", - iranlı diplomat deyib. 

Xatırladaq ki, PKK qurucusu və lideri 1999-cu ildən Mərmərə dənizinin cənub-şərq hissəsində yerləşən İmralı adasındakı həbsxanada ömürlük həbs cəzası çəkir.

Ağarza Elçinoğlu