Tbilisi Beynəlxalq Hava Limanında təxliyə elan edilib.
"Unikal" xəbər verir ki, buna səbəb hava limanına bomba qoyulması ilə bağlı xəbərin daxil olmasıdır.
Hava limanından uçuşların müvəqqəti təxirə salındığı bildirilir.
Sərnişinlərdən səsgücləndiricilər vasitəsilə gözləmə zalını tərk etmələri istənilib.
Gürcüstan DTX-nın mətbuat xidməti təxliyənin təhlükəsizlik protokolu ilə əlaqəli olduğunu açıqlayıb.
İnsidentlə bağlı ölkənin Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Xidməti hələki əlavə açıqlama verməyib.