ABŞ Prezident Donald Tramp Ağ Evdə Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşlə bağlı bəyanat yayıb.

"Unikal" xəbər verir ki, bəyanatda deyilir:

"Bu gün Ağ Evdə çox mənalı bir görüş keçirdik. Elə şeylər öyrəndik ki, onları belə bir təzyiq və gərginlik altında aparılan söhbət olmadan anlamaq mümkün olmazdı. Duyğular vasitəsilə ortaya çıxan şeylər heyrətamizdir və mən müəyyən etdim ki, Prezident Zelenski, əgər Amerika işin içindədirsə, sülh üçün hazır deyil, çünki o, bizim iştirakımızın ona danışıqlarda böyük üstünlük verdiyini düşünür. Mən üstünlük istəmirəm, mən sülh istəyirəm. O, ABŞ-ın dəyərli Oval Ofisində hörmətsizlik etdi. O, bir də bura yalnız Sülh üçün hazır olanda geri qayıda bilər".