Dələduzluqda ittiham olunan 58-ci Ordunun keçmiş komandiri, general-mayor İvan Popov Rusiya Silahlı Qüvvələri sıralarından xaric edilib və hərbi hissənin siyahısından çıxarılıb.

"Unikal" xəbər verir ki, bBu barədə TASS məlumat yayıb.

General isə bu barədə məlumatı uzun müddət sonra öyrənib: 

"2024-cü il iyunun 1-dən Rusiya Müdafiə Nazirliyi məni məzuniyyətə göndərib, mən faktiki olaraq istintaq təcridxanasında keçirmişəm. Belə ki, istintaq təcridxanasında və ev dustaqlığında olarkən guya məzuniyyətdə idim,  bundan sonra məni bölmənin siyahısından çıxardıblar". 

General-mayorun sözlərinə görə, ona Rusiya Silahlı Qüvvələrindən qovulması barədə rəsmi məlumat verilməyib.

Gülayə Mecid