Ukrayna prezidenti Volodimir Zelenski Ağ Evdə Trampla görüşdən sonra daha bir açıqlama verib.
"Unikal" xəbər verir ki, o, bu dəfə yerli mətbuata danışıb.
Trampla Ağ Evdə görüşünü şərh edən Zelenski "hər kəsi dürüst olmağa" çağırıb:
"Ukrayna və ukraynalıların mövqeyini anlamaq lazımdır. Biz tərəfdaşıq... Biz çox yaxın tərəfdaşıq. Biz dürüst olmalıyıq. Ukrayna sülh istəyir. Bizim hər halda diplomatiyamız olacaq, danışıqlarımız olacaq. Lakin söhbət ədalətli və davamlı sülhdən gedir. Bu o deməkdir ki, biz Ukrayna, Rusiya, ABŞ və Avropanın daxil olduğu danışıqlar masası arxasında çox güclü olmalıyıq”, - deyə Zelenski əlavə edib.