Ukrayna prezidenti Volodimir Zelenski ukraynalı boksçu Aleksandr Usıkın çempionluq kəmərini ABŞ prezidenti Donald Trampa hədiyyə gətirib.

"Unikal" xəbər verir ki, bu barədə "RB Sport" nəşri yazır. 

Zelenski Ağ Evə səfəri zamanı WBC kəmərini özü ilə gətirib.

Bildirək ki,  Usık kəməri 2024-cü ilin avqustunda Zelenskiyə təhvil verib, fevralın 13-də isə Ukrayna prezidenti telefon danışığında onu Trampa verəcəyini vəd edib.

Tramp və Zelenski  Vaşinqtonda görüşdən əvvəl açıq şəkildə mübahisə ediblər. Brifinqdən sonra Zelenski Ağ Evi erkən tərk edib. İclasda baş tutması gözlənilən nadir torpaq metalları sazişinin imzalanması, görüşdən sonra keçirilən mətbuat konfransı da ləğv edilib.

Usık 2024-cü ildə iki dəfə rinqə çıxıb və hər iki dəfə Böyük Britaniya təmsilçisi Tayson Fyuri ilə döyüşüb. May ayında keçirdiyi ilk döyüşdə Fyurini məğlub edib və Dünya Boks Şurasının (WBC) kəmərini qazanıb.