"Ukrayna prezidenti Volodimir Zelenski prezident Donald Trampla Oval kabinetdə mübahisəsinə görə üzr istəməlidir".
"Unikal" xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio deyib.
Ukrayna prezidentinin belə davranmasına ehtiyac olmadığını bildirən Rubio, Zelenski haqqında "O, bu hadisəni özü üçün fiaskoya çevirdiyi üçün üzr istəməlidir", - deyə ifadə işlədib.
Rubio deyib ki, Zelenskinin seçimləri ölkəsini sülh baxımından geriyə aparır.