Moskvadan Antalyaya uçan  təyyarə Vnukovo  hava limanına qayıdıb.

"Unikal" xəbər verir ki,  bu  barədə aviaşirkət məlumat yayıb. 

"Moskva (Vnukovo) - Antalya marşrutu üzrə DP 839 reysini yerinə yetirən təyyarə sistemlərdən birində sensorun işə düşməməsi səbəbindən təyyarə hava limanına qayıdıb", - məlumatda qeyd olunub. 

Aviaşirkət əlavə edib ki, təyyarə normal eniş edib və sərnişinlər başqa təyyarəyə köçürülüb.