Xəbər verdiyimiz kimi,  ötən gün Ağ Evdə ABŞ lideri Donald Trampla Ukrayna prezidenti Volodimir Zelenskinin görüşü baş tutub. Sözügedən görüş dünya çapında böyük rezonansa səbəb olub. 

"Unikal" diqqətə çatdırır ki, gərgin görüş Ağ Evdə yaşanan ilk hadisə deyil.

Belə ki, 2020-ci ildə Serbiya prezidenti Aleksandr Vuçiç Vaşinqtona səfər edib və burada ABŞ ilə Kosovo ilə iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb.

Görüşdə diqqət çəkən nüans isə Vuçiçin Trampla üzbəüz oturduğu masa olub. 

Picture background Sözügedən foto dünya mediasında tirajlanıb, müxtəlif fikirlərin səslənməsinə səbəb olub. 

Picture background

Daha bir hadisə isə Türkiyənin mərhum baş naziri Bülent Ecevit və o zamankı ABŞ prezidenti Bill Klintonla çəkilmiş fotodur.  Belə ki, Ağ Evdə görüşən Ecevit ayaqüstə çıxışına davam edir, Klinton isə divanın yuxarı hissəsində yarı oturmuş və rahat bir şəkildə Ecevitə baxır.  Sözügedən foto o zamanda böyük rezonansa səbəb olmuşdu.  

Gülayə Mecid