Ukrayna prezidenti Voloadimir Zelenskinin komandasının üzvləri amerikalı liderin nümayəndələri onlardan Ağ Evi tərk etməyi xahiş etdikdə göz yaşlarına boğulub.

"Unikal" xəbər verir ki, bunu ABŞ prezidenti Donald Trampın müşaviri Mayk Vals CNN telekanalına müsahibəsində deyib.

"Zelenskinin komandası səfərin ləğv edilməsinin səbəblərini başa düşdü. Onun səfiri və müşaviri sövdələşmənin davam etməsini istəyirdilər. Lakin Zelenski hələ də münaqişənin davam etdirilməsi ilə bağlı mübahisə edirdi”.

Vals əlavə edib ki, o, Zelenskiyə Trampın hərbi münaqişənin həllinə yeni yanaşmasını, eləcə də Ukrayna ordusundakı problemləri xatırladıb. Trampın müşaviri əmindir ki, Ukrayna lideri danışıqlara münasibətini yenidən nəzərdən keçirməli olacaq.