İspaniya La Liqasında XXVI turun növbəti oyunu keçirilib.

"Unikal" xəbər verir ki, "Real Madrid" səfərdə "Betis"ın qonağı olub. Matç ev sahibinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

"Betis"də Conni Kardozo və İsko fərqləniblər. Madrid klubunun yeganə qoluna Brahim Diaz imza atıb.

"Kral klubu" hazırda 54 xalla 2-ci, "Betis" isə 38 xalla 6-cı yerdə qərarlaşıb.