Moskvada ticarət mərkəzində atəş açan şəxs 24 yaşlı Danil Potexindir. 

"Unikal" Rusiya mediasına istinadən xəbər verir ki, o həbs edilib. Yaralanan mühafizəçilər 40 yaşlı Aleksandr E. və 39 yaşlı İvan Z.-dir.

Potexin, məlumata görə, Moskvaya Ryazandan köçüb. O, artıq yetkinlik yaşına çatmayanda polis qeydiyyatında olub.

Saxlanılan şəxs hazırda ticarət mərkəzindəki təhlükəsizlik idarəsindədir. Onunla bağlı istintaq hərəkətləri aparılır.