İranın strateji məsələləri üzrə vitse-prezidenti Məhəmməd Cavad Zərif istefa verib.
"Unikal" xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb. Bu mənbələr bildirirlər ki, bu istefanın iqtisadiyyat və maliyyə naziri Əbdülnasir Hэmmatinin impiçmenti ilə heç bir əlaqəsi yoxdur.
Zərifin hökumətdə olması mövcud qanuna görə qeyri-qanunidir. Belə ki, həssas vəzifələr haqqında qanuna əsasən, Zərifin iki övladının ikili Amerika vətəndaşlığına malik olması səbəbindən vitse-prezidentlərdən biri təyin olunması qanunun açıq şəkildə pozulması və bu qanunun açıq mətninə zidd hesab edilir və bəzi parlament üzvləri Zərifin qeyri-qanuni olaraq strateji müavin təyin edilməsi məsələsini hökumət işə başlayandan bəri qaldırıblar.
Zərifin istefası prezident tərəfindən hələ təsdiqlənməyib.