Gəncədə 52 yaşlı kişi dava zamanı bıçaq xəsarəti alıb.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb. Belə ki, qəsəbədə yaşayan 1973-cü il təvəllüdlü Q.İbrahimovun evinə oğru girən zaman o, oğrunu görüb. Bu zaman oğru Q.İbrahimovu qolundan bıçaqla vurub.

Bıçaq xəsarəti alan 52 yaşlı kişi xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

Fakt araşdırılır.

Tural Əhmədov