Bakıda vətəndaşların 25 min manata yaxın pulunu dələduzluq və oğurluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən şəxslər saxlanılıb. 

"Unikal" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən – 39 yaşlı A.Hətəmov, 30 yaşlı T.Əlizadə və 28 yaşlı M.Şükürov müəyyən olunaraq saxlanılıblar.

Araşdırmalar aparılır.