05 mart 2025-ci il tarixdə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və Milli Məclisin deputatı Bəxtiyar Əliyev Xocalı rayonunun Ulubaba kəndi ərazisində minaya düşən Ağdam rayon sakini, Birinci Qarabağ müharibəsi iştirakçısı İmanov Nağı Novruz oğlunu Bərdə Müalicə Diaqnostika Mərkəzində ziyarət edib, müalicəsinin gedişi ilə maraqlanıblar.

"Unikal" xəbər verir ki, Nağı İmanov və onun ailə üzvləri şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.