Şəmkirdə 2 hektara yaxın ərazidə kol kos yanıb.

"Unikal"ın məlumatına görə hadisə rayonun Kür qəsəbəsinin yaxınlığında baş verib. Sözügedən qəsəbə ərazisində açıq sahədə 2 hektar  ərazidə qamışlıq kol-kos və yabanı ağaclarda anidən yanğın olub. Dərhal hadisə yerinə FHN-nin Dövlət Yanğından mühafizə xidmətinin Şəmkir rayon Dövlət Yanğından mühafizə hissəsinin 3  yanğınsöndürən texnikası və 40 dan artıq  canlı qüvvəsi cəlb olunub.

Yanğın söndürlüb, ətraf ərazilər yanğından  mühafizə olunub.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

Tural Əhmədov