Londonun ICE birjasında Brent markalı neftin 2025-ci ilin may ayı üçün fyuçerslərinin qiyməti 2024-cü il sentyabrın 10-dan bəri ilk dəfə bir barel üçün 69 dollardan aşağı düşüb.
"Unikal" xəbər verir ki, Brent markalı neftin qiyməti 2,91% ucuzlaşaraq 68,97 dollar/barelə bərabər olub.
Eyni zamanda, WTI markalı xam neftin aprel fyuçersləri 3,63% azalaraq bir barel üçün 65,78 dollar olub.