Tovuzda doğuşdan sonra körpə ölümü olub.
"Unikal"ın məlumatına görə, hadisə Tovuz Rayon Mərkəzi Xəstəxanasının Doğum Şöbəsində qeydə alınıb. Belə ki, Gədəbəy rayon sakini, Tovuzun Yanıqlı kəndində yaşayan 23 yaşlı Səmayə Abbasova 41-42 həftəlik hamiləliklə xəstəxananın doğum şöbəsində yerlədirilib. Lakin doğuşdan sonra uşaq ölüb.
Məlumata görə, doğuş təbbi yolla olub. Doğuş zamanı uşaq boğulma ilə dünyaya gəlib. Yeni dünya gələn oğlan uşağı 3 kq olub.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov