Mingəçevirdə yeniyetmənin bıçaqlanmasında şübhəli bilinən şəxs saxlanılıb.

DİN Mətbuat Xidməti Şəki Regional Qrupundan "Unikal"a verilən məlumata görə, 4 saylı Mingəçevir Şəhər Orta Məktəbinin 10-cu sinif şagirdi Pünar Nəsrullayevi bıçaqlamaqda şübhəli bilinən 22 yaşlı şəxs Mingəçevir  Şəhər Polis Şöbəsi  əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Həmin şəxs  2003-cü il təvəllüdlü Nihat Həsənzadədir.

Faktla bağlı araşdırma aparılır.

*** 10:11

Mingəçevirdə yeniyetmə bıçaqlanıb

"Unikal"ın məlumatına görə, hadisə Energetiklər yaşayış massivi ərazisində baş verib. Mübahisə və münaqişə  zəminində 2009 -cu il təvəllüdlü şəhər sakini Pünar Asif oğlu Nəsrullayev bıçaqlanıb. Xəstəxanaya çatdırılan yaralı yeniyetmənin durumu çevik tibbi müdaxilə nəticəsində stabilləşib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Unikal"ın sorğusuna cavab olaraq bildirilib ki, yeniyetməyə xəsarət yetirən şəxsin kimliyi müəyyən olunub, saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.

Ehtiram Muradov