Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Aparatına yeni rəhbər təyin edilib.
"Unikal" xəbər verir ki, bununla bağlı maliyyə naziri Sahil Babayev əmr imzalayıb.
Əmrə əsasən, bu vəzifəyə Natiq Həsənov gətirilib.
Qeyd edək ki, N.Həsənov 2018-ci ildən iniyə qədər Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini vəzifəsində işləyib.