Acun Ilıcalıya qarşı hazırlanan və qanunsuz mərc oyunları reklam edərək insanları təşviq etdiyi iddiası ilə 5 il 3 aya qədər həbs cəzası tələb edən iddianamə qəbul edilib.

"Unikal" xəbər verir ki, Ilıcalı da daxil olmaqla 8 müttəhimin iyulda hakim qarşısına çıxacağı gözlənilir.
İstanbul Respublika Baş Prokurorluğu tərəfindən aparılan istintaq nəticəsində televiziya platformalarında yayımlanan futbol matçları zamanı virtual reklam üsullarından istifadə edilərək lisenziyasız və qeyri-qanuni mərc saytlarının reklamlarının aşkarlanması əsasında Ali Acun Ilıcalıya qarşı 7258 saylı Qanunu pozduğuna görə ittiham aktı hazırlanıb.

Hazırlanan ittiham aktına əsasən, Acun Ilıcalına məxsus TV 8 və EXXEN internet yayım platformasında yayımlanan futbol matçlarında lisenziyasız və qeyri-qanuni mərc saytlarının virtual reklam üsullarından istifadə edilərək reklam edildiyi müəyyən edilib.