Karyerası boyunca yaddaqalan obrazlara həyat bəxş edən Hollivud ulduzu Scarlett Johansson sosial media hesabının olmamasının səbəbini açıqlayıb.
"Unikal" xəbər verir ki, o, bu barədə "InStyle" jurnalına danışıb.
40 yaşlı aktrisa sosial media idarəçilərinin onu qoşulmağa təşviq etməsinə baxmayaraq, hesab açmamaqda qərarlı olduğunu bildirib.
"Buna görə terapevtimlə danışdım. Amma sosial media hesabı açmaq mənim əsas dəyərlərimə ziddir. Özümü necə ifadə edəcəyəm? Bilmirəm. Çünki gözləntilər çox böyükdür...", - deyib.
Aktrisa əlavə edib ki, sosial mediaya qoşulması üçün ona çoxlu təzyiqlər edilir.
Gülayə Mecid