Ədliyyə Nazirliyinin Penitensiar xidməti və Daxili İşlər Nazirliyi (DİN) Bakıda əməliyyat keçirib, avtomat aşkar olunub.

"Unikal" xəbər verir ki, bu barədə Penitensiar xidmətin və DİN-in yaydığı birgə məlumatda qeyd olunub.

Bildirilib ki, əməliyyat aparatının DİN-in əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində Qulizadə Kainat Xoşbəxt oğluna məxsus 1 ədəd “Kalaşnikov” avtomatı və 6 ədəd patron Yasamal rayonu, 2-ci Nərimanov döngəsi, ev 21 ünvanında yaşayış olmayan otaqda dolabın içərisindən aşkar edilərək götürülüb.